Sadə xəbər
"ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır".
"Saat24.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı məlumatda deyilir.
Təhlükəli və minalı ərazidə olduğunuzu hiss etdinizsə - DAYANIN, hərəkət etməyin!
Mina hadisəsinin şahidi olduğunuz halda, həmin yerə yaxınlaşıb kömək etməyə cəhd etməyin, özünüzü təhlükəyə atmayın!
Dərhal hadisə barədə 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verin!
Xatırladaq ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.