Rusiyanın 3,3 milyard dollarlıq aktivləri Ukrayana veriləcək

Sadə xəbər
DÜNYA 17.07.2024 4043

Yaponiya hökuməti Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə olunan gəlirlər müqabilində Ukraynaya təxminən 520 milyard yen (3,3 milyard dollar) ayırmaq niyyətindədir. 

"Saat24.az" xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Yaponiya hakimiyyət orqanları bu planın həyata keçirilməsi üçün mexanizmlər hazırlayır. Gözlənildiyi kimi, bu, ilin sonuna kimi həyata keçiriləcək. Bu məbləğ Yeddilik Qrupu (G7) tərəfindən əvvəllər razılaşdırılmış yardımın təxminən 6 faizini təşkil edir.

Yaponiyanın ayıracağı vəsait hərbi məqsədlər üçün istifadə olunmayacaq, ilk növbədə Ukraynanın infrastrukturunun yenidən qurulmasına yönəldilməlidir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top