İndoneziyada onlarla insan torpaq altında qaldı

Sadə xəbər
DÜNYA 08.07.2024 2942

İndoneziyanın Sulavesi adasında yağan güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.  

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gorontalo Axtarış və Xilasetmə Agentliyinin sözçüsü Afifuddin İlahude açıqlama verib.

O, həmçinin, Bolanqo bölgəsində "qeyri-qanuni" işlədilən qızıl mədənində çalışan 35 nəfər işçinin də sürüşmə nəticəsində yerin altında qaldığını açıqlayıb.

Hadisədən sonra bölgəyə axtarış-xilasetmə qruplarının göndərildiyini bildirən İlahude, xilasetmə işləri nəticəsində 11 nəfərin meyitini tapdığını qeyd edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top