UNEC Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Manşet
GÜNDƏM 28.06.2024 4143

UNEC-də Abituriyent Məsləhət Mərkəzi yaradılıb.

"Saat24.az" xəbər verir ki, mərkəzdə peşəkar heyət tərəfindən abituriyentlərə ixtisas seçimində dəstək göstəriləcək, onlara ixtisaslar, keçid balları, təhsil haqqı, universitetin tələbələr üçün yaratdığı imkanlar barədə ətraflı məlumat veriləcək, eləcə də qəbul prosesi ilə bağlı abituriyent və valideynləri maraqlandıran suallar cavablandırılacaq.

UNEC Abituriyent Məsləhət Mərkəzi universitetin Əsas (İstiqlaliyyət küçəsi 6) və 3-cü tədris binalarında (Murtuza Muxtarov 194) həftənin 5 günü, saat 09:00-17:30-dək (13:00-14:00 nahar fasiləsi) fəaliyyət göstərir.

Abituriyent və valideynlər (012) 1846 (1-3) nömrəsinə zəng edərək,  UNEC Abituriyent Məsləhət Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top