Sadə xəbər
Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Saat24.az" report-a xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, İmişli rayon sakini, 1976-cı il təvəllüdlü Qasımov Elşən Məhəmmədəli oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən arxadan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə E.Qasımov hadisə yerindəcə ölüb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.