Manşet
ABŞ prezidentləri Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski 10 illik təhlükəsizlik sazişi imzalamağı planlaşdırırlar.
"Saat24.az" xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Sənəd Vaşinqtonu Kiyevə geniş spektrli hərbi yardım göstərməyə məcbur edəcək.
ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, keçmiş prezident Donald Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə belə, saziş gələcək ABŞ administrasiyalarını Ukraynaya dəstək vermək öhdəliyini götürmək məqsədi daşıyır.