Boşanmaq istəyənlər 15 dollar ödəyəcək – Yeni qanun

Manşet
GÜNDƏM 21.05.2024 4365

Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələrində dəyişiklik edilib.

"Saat24.az" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə (qeydiyyat "Elektron məhkəmə" alınmasına informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən şəhadətnamənin verilməsinə) görə (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli tərəfdən) olduğu göstərilmədikdə birinci müraciət etmiş tərəfdən) 15 dollar dövlət rüsumu ödəniləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top