XALQA QARŞI DÜŞMƏNÇİLİK…

Sadə xəbər
CƏMİYYƏT 19.05.2024 2552

Bu gün qanunla 20 000 $ əmlak ekvivalenti olan Özəlləşdirmə Çekləri barədə – Konstitusiya və Qanunların pozulması ilə dövlətçiliyimizə ZİDD olan problemin bu gün hansısa məmurlar tərəfindən aradan qaldırılmasının qarşısının alınması və hüquqi faktların Cənab Prezidentdən gizlədilməsi Prezidentin Şərəf və Ləyaqətinə, Dövlətçiliyimizə ləkə salan bir təxribatdır, XALQA QARŞI Düşmənçilikdir!

Çünki cənab Prezidentin etibarından istifadə edərək Qanun və Fərmanlarda Konstitusiyaya zidd maddələr yazaraq imzalatdıran Ramiz Mehdiyevin və oliqarx məmurların əsas məqsədi gələcəkdə ÖZ Mütəşəkkil Korrupsiya Cinayətlərini cənab Prezidentin üzərinə qoymaq hiyləsi dayanır.

VideoFaktlar:

HEÇ BİR QANUN – HEÇ BİR FƏRMAN KONSTİTUSİYANI POZA BİLMƏZ.
1995-ci il Ölkənin iqtisadi cəhətdən ən ağır vəziyyətində – Dövlət bücəsində hec 1 milyad dolar olmayanda Milli Lider Heydər Əliyev Tarixi Sosial Ədalətin təmin olunması ücün Özəlləşdiriləcək bütün orta və iri müəsisələrin 65%-ni Miras Əmlak Payı olaraq Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri əvəzləndirilməsini Qanunla təsdiqlədi. Sual olunur ki, Xalqa Qanunla vəd etdiyi dövlət əmlaklarının 65%-nin Dövlətin ən kasıb vaxtında Ulu Öndər xarici və yerli investorlara  elə PULLA satmağı Qanunla tənzimləyə bilməzdimi?

Bilərdi və həmin dövürdə bunun ücün müəyyən əsaslarda var idi. Ancaq Heydər Əliyev gözəl bilirdi ki, ədalətli mülkiyyət bölgüsu Kapitalizə dinc kecid ücün əsas şərtdir. SSRİ-dan qalan Miras Əmlak Payını Xalqın özünə yəni sahiblərinə qaytarmaq ölkəmizin – dövlətimizin əminamanlığı və iqtisadi inkişafı ücün mütləqdir.

Həmin dövrdə qanunlarla Vətəndaşlara verilmiş Mülkiyyət hüququ Konstitusiyaya ZİDD olaraq sonradan qəbul olunmuş heç bir Qanun və Fərmanla əllərindən alına bilməz! – bu HÜQUQ AKSİYOMASIDIR!

BƏS NECƏ oldu ki, məmurlar vətəndaşları ALDATDILAR?

Bildiyiniz kimi, Dövlət Özəlləşdirmə Çeklərinin (DÖÇ) tədavül müddəti əvvəl Qanun ilə təsdiq olunmuş “I Dövlət Proqramı” ilə 3 il müddətinə təyin olundu, daha sonra Fərman ilə təsdiq olunmuş “II Dövlət Proqramı” ilə 2011-ci ilin yanvarın 1-nə qədər uzadıldı. Göründüyü kimi, burada Qanunla müəyyənləşdirilmiş müddət sonradan Fərman ilə uzadıldı.

Bundan belə, bir əsas sual meydana gəlir: DÖÇ-lər üçün ilk təyin olunan 3 illik müddət fərman ilə uzadılmasaydı, nə baş verəcəkdi?

Fərz edək ki, DÖÇ-lər ilk 3 ildən sonra tədavül müddəti bitdiyi üçün 1999-cü ildə tədavüldən çıxarıldı. Burada sual olunur: müddəti uzadılmayıb, tədavüldən çıxarılsaydı, onda kompensasiya veriləcəkdimi?

Təbii ki, həmin qanunvericiliyə görə, 3 illik müddət bitəndən sonra özəlləşdirmə dövründə vətəndaşlar tərəfindən istifadə olunmayan payların (çeklərin) dövriyyədən çıxarılması üçün (I Özəlləşdirmə Qanunu, maddə 19), onlar dövlət tərəfindən yaradılmış İnvestisiya Fonduna qoyulmalı, oradan vətəndaşlara dividend verilməli və istifadə olunmalı idi. Bu vətəndaşlara verilmiş hüquqdur, bir Dövlət öhtəliyi və Qanunun tələbidir! Lakin dövlət pozitiv öhdəliyini icra edib İnvestisiya Fondu qurmadığı üçün (bildiyiniz kimi, heç Çek İnvestisiya Fondu da yaradılmadı) vətəndaşların hüquqları pozuldu. Hesab edirik ki, bunu da DÖÇ-lərin tədavül müddətini Fərmanla uzatmaq ilə ödəməyə çalışdılar. Bu da öz növbəsində indiki pozuntulara səbəb oldu.

Bunlardan başqa, 1993-cü il tarixli “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 18.4-cü maddəsinə görə, “Özəlləşdirmə payı respublikanın hər bir vətəndaşının adına müvafiq bankda açılmış xüsusi hesabda saxlanılır”.

Fərz edək ki, həmin dövrdə (1999-da) bu normaya əməl olunaraq, bu payların dəyəri hesablanıb PUL formasında banklara qoyuldu. Sual olunur: əgər belə olsaydı, həmin pulların aqibəti necə olacaqdı?

Bu suallar və Prezident Sarayında 7 mart 1995-ci il tarixli Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə Ulu Öndər Heydər Əliyevin cıxışı zamanı XALQA VƏDİ özü-özlüyündə bir daha özəlləşdirmə payına düşən mülkiyyət hüququnun dövlət tərəfindən vətəndaşlara ömürlük və əvəzsiz verildiyini təsdiq edir ( https://lib.aliyevheritage.org/az/4962292.html )

Hamı bilməlidir ki, Əmlak Komitəsi Konstiyusiya və Qanunları, Mülkiyyət və Bərabərlik hüquqlarını cox kobub pozulmuşdur və öz yaxınları ücün bir Özəlləşdirmə Payını (4 Çekə) 20 000 bəzən isə 100 000 ABŞ Dolları hesablayaraq Əmlak Payı verib – https://www.facebook.com/share/p/NGohRtHwen1kUaoR/?mibextid=oFDknk

DİQQƏT EDİN!

Ulu Öndər Heydər Əliyevin və Dövlətin Siyasətinin, Tarixi Sosial Ədalətin, Konstitusiya və Qanunların, Beynəlxalq İnsan Hüquqlarının pozulması faktlarının CİNAYƏT olması Korrupsiyaya qarşı mübarizə haqqında Qanunun 9 və 11-ci Maddələrində öz əksini tapır. ( About the fight against corruption LAW OF THE REPUBLIC OF AZERBAIJAN https://e-qanun.az/framework/5809). Eyni zamanda gələcəkdə Cinayət Məcəlləsinin Maddə 308, Maddə 309, Maddə 313, Maddə 314, Maddə 341 və Maddə 342 ilə cinayət işi açıla bilər. Çünki Mülki Məcəllədə 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri – İddia müddətinin şamil edilmədiyi tələblərdəndir.

Bu FAKTLARI və 1 milyondan çox Vətəndaşın Mülkiyyət və Bərabərlik hüquqlarının, Dövlət öhdəliklərinin pozulmasının mütəşəkkil korrupsiya cinayəti olduğunu təsdiq edən HÜQUQŞÜNAS ALİMLƏR tərəfindən Prezidentin Nəzarətində olan QANUN Jurnalında 4 Elmi-Praktik məqalə çap olunub.

Aşağıda məqalələri həm də HÜQUQ saytında oxuya bilərsiniz.

ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİNİZİ SATMAYIN!

AYILMAQ və Haqqınızı tələb etmək VAXTIDIR – Dövlət Təhlükəsizlik Xidmətinə, DTX-nin rəisi Cənab Əli Nağıyevə müraciət olunub. Oxuyun:

https://milliyol.az/news.php?id=59142

“QANUN” JURNALINDAKI 4 məqalə:

DÖVLƏT ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİNİN TƏDAVÜLDƏN ÇIXARILMASI PROSESİNİN HÜQUQİ TƏHLİLİ

2022 N-5 (331) 38-ci Səhifədən oxuyun.

Yolçiyev Mübariz Xalid oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti, Konstitusiya Məhkəməsinin Eksperti, Vəkillər Kollegiyasının üzvü, vəkil
Süleymanlı Sərvər Süleyman oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, Konstitusiya Məhkəməsinin Eksperti
Rəyçi: h.ü.e.d. S.F.Əliyev
Təqdim edən: h.ü.e.d., prof. M.D.Dəmirçiyeva

DÖVLƏT ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİNİN QİYMƏTLİ KAĞIZ OLUB OLMADIĞININ HÜQUQİ TƏHLİLİ

2022 N-07 (333) 41-ci səhifədən oxuyun.

Yolçiyev Mübariz Xalid oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti, Vəkillər Kollegiyasının üzvü
Süleymanlı Sərvər Süleyman oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti
Rəyçi: h.ü.e.d., dos. S.F. Əliyev
Təqdim edən: h.ü.e.d., prof. B.S.Zahidov

DÖVLƏT ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİNİN NOMİNAL DƏYƏRİNİN QANUNVERİCİLİKLƏ BİRBAŞA MÜƏYYƏN EDİLMƏSİNİN VACİBLİYİ

2022 N-08 (334) 57-ci səhifədən oxuyun.

Yolçiyev Mübariz Xalid oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, Vəkillər Kollegiyasının üzvü, vəkil
Əliyev Sübhan Fərmayıl oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə elmlər doktoru, Konstitusiya Məhkəməsinin Eksperti, Vəkillər Kollegiyasının üzvü, vəkil
Rəyçi: h.ü.f.d., dos. S.S.Süleymanlı
Təqdim edən: h.ü.e.d., prof. B.S.Zahidov

“DÖVLƏT ÖZƏLLƏŞDİRMƏ PAYLARI” VƏ “DÖVLƏT ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİ” ANLAYIŞLARININ MÜQAYİSƏLİ HÜQUQİ TƏHLİLİ

2023 N-2 (340) 32-ci səhifədən oxuyun.

Yolçiyev Mübariz Xalid oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti, Vəkillər Kollegiyasının üzvü, Konstitusiya Məhkəməsinin Eksperti
Rəyçi: h.ü.e.d., prof. A.M.Qasımov
Təqdim edən: h.ü.e.d., prof. Z.İ.Cəfərov

Məqalələri həm də buradan oxuya bilərsiniz:

https://www.e-huquq.az/az/news/maariflendirme/57888.html
https://www.e-huquq.az/az/news/sosial/50623.html
https://www.e-huquq.az/az/news/maariflendirme/52314.html
https://www.e-huquq.az/az/news/maariflendirme/53213.html

ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİ Qrupu adından Vətəndaşlara müraciət


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top