Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

Sadə xəbər
CƏMİYYƏT 18.05.2024 3333
Vəhdət Partiyası parlament seçkilərinə hazırlaşır.
 
Bunu  Vəhdət Partiyasının təşkilat məsələləri üzrə sədr müavini Fəxrəddin Ağazadə deyib. 

Onun sözlərinə görə, hazırda partiyada bununla bağlı hazırlıqlara başlanılıb:

"Müzakirələr aparılır. Partiya parlament seçkilərinə bir nəfərlə deyil, bir neçə namizədlə qatılmaq istəyir. Rayonlardan da seçkidə iştirak etmək istəyən üzvlərimiz var. Bu dəfə namizədlərimiz çox olacaq, kim seçkidə iştirak etmək istəsə onu da dəstəkləyəcəyik”. 

Fəxrəddin Ağazadə sədr Tahir Kərimlinin eyni zamanda gənclərə yer vermək fikiri olduğunu da vurğulayıb:

"Tahir Kərimli gənclərə yer vermək istəyir. Amma gənclərin parlamentə düşüb-düşməmək məsələsi var. Bu bir şansdır. Ona görə bütün partiya Tahir Kərimlinin namizədliyini dəstəkləyir”. 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top