Makron seçkilərdə ağır məğlubiyyətlə üzləşəcək

DÜNYA 11.05.2024 2478

Fransa prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi mərkəzçi siyasi alyans bu ilin iyununda keçiriləcək Avropa Parlamentinə qarşıdan gələn seçkilərdə ağır məğlubiyyətlə üzləşəcək.

"Saat24.az" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.

Məlumata görə, bu, onun siyasi tərcümeyi-halında ölümcül məğlubiyyət olacaq: "Makron komandasının həll edə bilmədiyi əsas problem, belə demək mümkünsə, Fransada yaşayışın bahalaşması, eləcə də büdcədə kifayət qədər böyük 5,5 faiz kəsirdən qaynaqlanan dövlət xərclərinin azalmasıdır. Sosial müavinətlər və yerli büdcələrə ayırmalar da azalacaq. Bütün bunların nəticəsində, xüsusən də rifahı zəif olan bölgələrdə ona qarşı inam azalır. Bundan əlavə, gənclər ona xüsusi həvəs göstərmirlər". 

XƏBƏR LENTİ
23.07.2024 1293
22.07.2024 3318

DİGƏR XƏBƏRLƏR

Loading
Top