Saat24.az informasiya agentliyinin əməkdaşı adiyyatı qurumlara müraciət etdi

CƏMİYYƏT 23.04.2024 2446
Mən Cavadov Ramin Ramiz oğlu, Saat24.az informasiya agentliyinin  əməkdaşı, düşdüyüm  acınacaqlı durumla bağlı bütün aidiyyatı qurumlara müraciət edirəm! Hal-hazırda Abşeron Rayon Mərkəzi Xəstəxanasındayam. Astma bronxit xəstəsi olmağımla yanaşı həm də revmatizmam var, ayaqüstə durmağa və yeriməyə cətinlik çəkirəm, ağrılar da dəhşətli dərəcədə dözülməzdir! 
Həkimin qəbuluna düşmək üçün növbəmin catmağına kimi hələ 700 adam var. Bu 700 nəfərlik növbə çatsa, yenidən həkimə növbəyə yazılmalıyam. Ondan sonra yenidən analizlərə növbə və yekun diaqnoz ücün yenidən həkimə növbə! Buna isə bir gün yetmir. Əgər bu gün mənə növbə catmayacağını bilirsinizsə, niyə xəstə adamı saatlarla istidə gözlədirsiniz?!Qeydiyyat şöbəsinə yaxınlaşıb "güclü ağrılarım var və boğuluram, xahiş edirəm, köməklik göstərin"--dedim. Dedilər ki, rəisə yaxınlaşın. Rəis dedikləri adama da yaxınlaşıb çox ağrıdığımı və boğulduğumu desəm də məni vecinə almadan saymazyana şəkildə yanımdan ötüb keçdi. Əlacım kəsildi, yenidən qeydiyyat şöbəsinə yaxınlaşıb mənə köməklik göstərmələrini xahiş elədim, bildirdilər ki, bu gün mənə növbə çatmayacaq, çünki həkimlər 15:30-a qədər işləyirlər. Məsləhət də etdilər ki, gedim, sabah gələrəm...
Bu sistemi quran "Təbib"ə sualım var: Bu sistemi quranda heçmi ağır xəstələri nəzərə almadınız?!Astma bronxit xəstəsi sizin səhlənkarlığınıza görə elə buradaca boğulub ölsə nə cavab verəcəksiniz?!

Saat24.Az Ramin Cavadov 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top