ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

Manşet
SİYASƏT 18.04.2024 2822

ABŞ Dövlət Departamenti Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı fikir bildirib. 

"Saat24.az" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı açıqlayıb. 

"Biz Rusiya ordusunun Cənubi Qafqaz regionunda daha dinc və sabit vəziyyətə sərmayə qoyduğunu göstərən heç nə görmədik və bu payızda Qarabağda baş verən hadisələr buna sübutdur. Bu, Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığına daha bir nümunədir.

Biz Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülhə nail olmaq üçün səylərini qətiyyətlə dəstəkləyirik və bu prosesə töhfə verməyə davam etməyə hazırıq", - Patel bildirib.

XƏBƏR LENTİ
11.10.2024 3677

DİGƏR XƏBƏRLƏR

Loading
Top