“Belə getsə süni intellekt məni işsiz qoyacaq” — Bill Qeyts

DÜNYA 13.04.2024 2410
Microsoft-un həmtəsisçisi Bill Qeyts süni intellektin onun biznesini ələ keçirə biləcəyindən qorxduğunu deyib.

Azpost.info “Daily Mail”a istinadən bildirir ki, milyarder bu barədə süni intellekt üzrə çalışan ChatGPT-ın baş direktoru Sem Altmanla podkast söhbətində zarafatyana etiraf edib.

Bu illər ərzində Qeyts iddia edib ki, indiki məzunların qarşısında karyera ilə bağlı 3 yol var. Alternativ enerji, sağlamlıqla bağlı bioloji elmlər və süni intellekt.

Geytsin özü bu siyahıda yoxdur: “Mən hətta işimi də itirə bilərəm”- deyə Geyts müshaibəsində vurğulayıb.

“Süni intellekt maşını mənə deyəndə ki, “Bill, get futbolunu oyna, mənə malyariyanın kökünü kəsmişəm”, sən yavaş-yavaş anlayırsan ki, bu nəsə fəlsəfi cəhətdən qarmaqarışıq bir bir şeydir”-deyə Geyts bildirib.
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top