Hərbçilərimiz beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTOLAR

CƏMİYYƏT 27.04.2024 2350

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu İtaliya Respublikasının Livorno şəhərində keçiriləcək beynəlxalq dənizçilik yarışlarında iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.

Bu barədə "Saat24.az"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, səfər çərçivəsində hərbi qulluqçularımız İtaliyanın Hərbi Dənizçilik Akademiyasının komandanlığı və Livorno şəhərinin meri ilə görüşüblər.

"Həmçinin, təmsilçilərimiz digər iştirakçı ölkələrin nümayəndələri ilə birgə parad və yarış bayraqlarının təhvil-təslim mərasimində, eləcə də yarışa hazırlıq məqsədi ilə keçirilən dəniz məşqlərində iştirak ediblər", - məlumatda vurğulanıb.

XƏBƏR LENTİ
18.05.2024 3279

DİGƏR XƏBƏRLƏR

Loading
Top