Konfrans Liqası: “Sumqayıt”, “Zirə” və “Sabah” mübarizəyə başlayır

Sadə xəbər
idman 25.07.2024 3064

Bu gün Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən “Sumqayıt”, “Zirə” və “Sabah” komandaları II təsnifat mərhələsində mübarizəyə başlayırlar.

"Saat24.az" xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi “kimyaçılar” doğma meydanda Macarıstan “Fehervar”ı ilə qarşılaşacaq. Görüş 20:00-da start götürəcək.

Saat 20:30-da isə “Zirə” Mərdəkanda Slovakiyanın “Dunayska Ştreda” komandasını sınağa çəkəcək.

Digər təmsilçimiz “Sabah” isə Macarıstanda “Makkabi”nin (Hayfa, İsrail) qonağı olacaq. Qarşılaşmanın start fiti 21:15-də səslənəcək.

Qeyd edək ki, hər üç komandamız cavab görüşünü bir həftə sonra keçirəcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top