Dörd il öncə Onu bir daha kəşf etdim!-KAMİL HƏMZƏOĞLU YAZDI

Sadə xəbər
CƏMİYYƏT 06.09.2024 1774
Onu hələ 2000-ci illərin əvvəllərindən, qardaş Türkiyəmizin ölkəmizdəki səfirliyində işləyən vaxtlardan tanıyırdm…

Açıqlamasını da sevimli “525”-də vermişdim o vaxtlar…

Ancaq Onu daha yaxından 2005-ci ildən, parlamentə ilk dəfə üzv seçiləndən sonra-3-cü çağırış Milli Məclisdən tanımağa başladım…

Düzdür, ilk vaxtlar mənə bir qədər eqolu təsiri bağışlasa da, özündənrazı görünsə də kənardan, amma Onu daha yaxından tanıdıqca, həmsöhbət olduqca…barəsindəki fikirlərim, təsəvvürlərim 180 dərəcədə dəyişməyə başladı…

Əksinə, Onun bəlkə də qədərindən çox mehriban, səmimi, istiqanlı, həssas, kövrək…olduğunu, milləti, dövləti, seçicisi üçün imkanları çərçivəsində necə can yandırdığını gördüm…

Demək olar ki, istər plenar iclaslarda, istərsə də üzvü, rəhbərliyində təmsil olunduğu parlament komitələrinin iclaslarında, hesabatlarda, büdcə müzakirələrində…hər zaman seçicilərini, sıravi, sadə, köməyə, dəstəyə ehtiyacı olan insanları düşündürən, narahat edən məsələləri, xüsusilə, mənəviyyatımızla, milli-mənəvi dəyərlərimizlə bağlı olan vacib məqamları dilə gətirib…

Aidiyyatı, məsul orqanlar qarşısında onların həlli məsələrini qaldırıb və bir çox məqamlarda da – medianın, elə həmin təbəqədən olan insanların özlərinin xəbəri olmadan, reklamını aparmadan – həmin məsələlərin həllinə nail ola bilib…

Bunun şəxsən dəfələrlə canlı, əyanı şahidi olmuşam…

Hər zaman seçicilərinə, onları maraqlandıran, narahat edən məsələlərə həssaslıqla yanaşıb, həssasiyyət göstərib, eləcə də obrazlı şəkildə desək, milli-taleyüklü məsələlərimizə…

Son 4-5 ildəki fəaliyyəti isə tərifsiz-filansız, sözün əsl mənasında fədakarlıqdır…

Dəhşətli koronavirus pandemiyası bəlası dönəmindəki, eləcə də İkinci Vətən Müharibəsi, tarixi Qələbə və Zəfərimiz dövründəki (və ondan sonrakı) fəaliyyəti bir çoxları üçün nümunə sayıla bilər…

Bəli, Baş tacımız Şəhidlərimizə, Qazilərimizə, Şəhid və Qazi ailələrinə hörmət, ehtiram, mənəvi və maddi dəstək hər kəsin, hər birimizin müqəddəs borcudur…

Bu, borc əbədiyyəndir, ölənəcəndir…

Ancaq təəssülər olsun ki, bu kimi məqamlarda, məsələlərdə də kimlərinsə obraza girdiyini, etdiklərini xalaxətrin və sırf reklam xarakterli etdiyini görmüşük, şəxsən dörd ildir müqəddəs yolçuluqda olan bir insan, media mənsubu kimi özüm gözlərimin şahidiyəm…

Amma Jalə xanım bu məsələlərdə, həssas məqamlarda da əsl İnsanlıq, Vətəndaşlıq, Ziyalılıq, Analıq, Bacılıq nümunəsi ortaya qoyub…

Heç zaman yadımdan çıxmaz, gərgin müharibə günləri idi, telekanallardan birinə Şəhid ailələri ilə dəvət olunmuşdu…

Jalə xanımın çıxışı, üz cizgiləri, içdən, daxildən, ruhdan gələn sızıltılı, yanğılı sözləri, göz yaşları heç zaman yaddaşlardan, yaddaşımdan silinməyəcək…

Həmin gün Jalə xanımı bir daha kəşf etdim…

Deputat da olmaq olar, siyasətçi də olmaq olar, ziyalı da olmaq olar, ranqlı məmur da olmaq olar və sair…,amma bunların mayasında, təməlində Rəhm, Mərhəmət, Şəfqət, Vicdan, Yanğı, Sevgi, Səmimiyyət də olmalıdır…

Bunlarsız heç nəyə dəyməz…

Mən bunları bir daha Jalə xanımda gördüm və ona olan rəğbətim, hörmətim birə min artdı.

***

Bəli, hələ 7-ci çağırış Milli Məclisə növbədənkənar seçkilərdən əvvəl və seçkilərə start verildiyi ilk dönəmlərdə bir çox sabiq və hazırda Qalib namizəd olan millət vəkilləri ilə bağlı fikirlərimi, mövqeyimi açıqlamışdım, yazıya çevirmişdim 36 ilin siyasi yazarı, bir ziyalı kimi…

Və namizədliyinə sevindiyim azsaylılardan biri də məhz Jalə xanım idi…

Onu yenidən parlamentdə görmək istəyirdim…

Və çox sağ olsunlar ki, namizədi olduğu 95 saylı Seçki Dairəsinin seçiçiləri yenidən Jalə xanıma etimad göstərdilər, növbəti 5 ildə də onu təmsilçiləri kimi görmək istədiklərini səsləri ilə ortaya qoydular…

Jalə xanım yenidən Qalib oldu, yenidən seçildi, qaldı təkcə Qələbəsinin Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsi tərəfindən rəsmiləşdirilməsi…

İnşallah ki, o da olacaq! 

Çünki bu seçkilərin uduşlarından, azsaylı qazanclarından biridir Jalə xanım!

Zərdablıılar (və Ucarlılar, Kürdəmirlilər) tam əmin olsunlar ki, uduzmadılar, bir daha uddular!

Jalə xanıma da, sadəcə, növbəti dönəmdəki fəaliyyətində uğurlar, nailiyyətlər arzulamaq, diləmək qalır!

Uğurlar, nailiyyətlər daim Sizinlə olsun!

Hörmətlə,

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının rəhbəri 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top