Baş redaktor Coşqun Abdullayev müəllimi ilə görüşündən yazdı

Manşet
CƏMİYYƏT 07.09.2024 5358
Ömrünü şagirdlərin yolunda şam kimi əridən, onların parlaq gələcəyi naminə həvəslə çalışan müəllimlərdən biri də mənim rus dili müəllimim Elçin müəllim olub.
Elçin müəllim mənim çoxxxx sevimli müəllimim olub.
Kür üstü parkda gəzirdi.
Görüşdük, həmişəki kimi üzündən öpüb, hal-əhvalını soruşdum. Dedim müəllim, gəl bir şəkil çəkdirək, yadigar qalsın.
Şəkil çəkdirməklə arası olmasa da mənə "yox" demədi. 
Müəllim, şagird həyatının formalaşmasında əsas rol oynayan şəxsdir. O, təkcə akademik bilikləri deyil, həm də etik dəyərləri bölüşür və şəxsiyyətimizi formalaşdıran əxlaqı mənimsədir. Müəllim, təkcə uşaqlara müəyyən fənləri öyrədən deyil, həm də çətin anlarda köməyə gələn, gündəlik problemlərin düzgün həllinə, düzgün davranış xəttinə sövq edən şəxsdir. Bax, Elçin müəllim də bu şəxslərdəndir.
Dəyərli Elçin müəllim! Allah Sizə can sağlığı versin.
Nə yaxşı ki, varsınız, nə yaxşı ki, mənim müəllimim olmusunuz.

Saat24.Az  Coşqun Abdullayev 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top