İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

CƏMİYYƏT 27.04.2024 2773
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib.

"Saat24.az" bildirir ki, bu barədə İTV-dən məlumat verilib.

İclasda Yayım Şurasının sədri, akademik Teymur Kərimli bildirib ki, gündəlikdə Şirkətin 2023-cü il üzrə maliyyə hesabatının müzakirəsi və struktur dəyişikliyi nəzərdə tutulub.

Şirkətin Baş direktoru Balakişi Qasımov ötən il üzrə maliyyə hesabatı barədə danışıb, gəlir və xərclərdən bəhs edib. Daha sonra ayrı-ayrı sahələr və layihələr üzrə Maliyyə departamentinin direktoru Əfsər Dadaşovun məruzəsi dinlənilib. Müzakirələrdən sonra hesabat qənaətbəxş qiymətləndirilib.

Baş direktorun təklifi ilə Şirkətin Mərkəzi Aparat rəhbəri Günel Osmanovanın Baş direktor müavini vəzifəsinə keçirilməsinə baxılıb. Müzakirələrdən sonra təklif məqsədəuyğun hesab edilib.

İclasda cari məsələlər haqqında fikir mübadiləsi aparılıb, Yayım Şurasının sədri Teymur Kərimli, Şura üzvləri – Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova öz fikir və təkliflərini səsləndirib, müvafiq suallar cavablandırılıb.
 
XƏBƏR LENTİ
22.07.2024 3296

DİGƏR XƏBƏRLƏR

Loading
Top