Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etmədi

SİYASƏT 13.04.2024 4011
Ermənistan KTMT ölkələri arasında hərbi əməkdaşlığın inkişafı üzrə Hərbi Komitənin iclasında iştirak etməyib.

"Saat24.az" oxu.az-a istinadən xəbər verir ki, görüş aprelin 12-də Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərliyi ilə videokonfrans formatında baş tutub.

İclasda Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın nümayəndələri iştirak ediblər. İştirakçılar arasında Ermənistan nümayəndəsi olmayıb.
"Görüş zamanı KTMT-nin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidlər müzakirə edilib”, - məlumatda deyilir.
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top