İran 24-48 saat ərzində İsrailə cavab verə bilər - “The Wall Street Journal”

Sadə xəbər
DÜNYA 12.04.2024 3705
İran İsrailin Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə hərbi zərbə endirməsi ilə əlaqədar Qüdsə 24-48 saat ərzində cavab verə bilər.

"Saat24.az" xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbəyə istinadən məlumat verib.

Vurğulanıb ki, İsrail İranın şimaldan və ya cənubdan birbaşa hücumuna hazırlaşır. Eyni zamanda, nəşr qeyd edib ki, Tehran hələlik yekun qərarını verməyib.

Bundan əvvəl “Axios” portalı mənbələrə istinadən xəbər verib ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Almaniyanın xarici işlər naziri Annalena Berboka Tehranın konsulluğun atəşə tutulmasına cavab verəcəyini, lakin vəziyyətin gərginləşməsinə səbəb olmamaq üçün cavab tədbirlərinin məhdudlaşdırılacağını bildirib.
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top