"Qarabağımız əzəli sakinlərinin, azərbaycanlılarındır" -Jalə Əliyeva

Sadə xəbər
SİYASƏT 07.04.2024 1947

 

O bildirib ki, bizim əhəmiyyətli layihələrimizdən biri də torpaqlarımıza qayıdış, "Böyük Qayıdış" prosesi idi: "Bu işi sürətlə kapitulyasiya aktının imzalandığı gündən başladıq. Ölkə rəhbəri cənab İlham Əliyevin birbaşa göstərişi, sərəncamı, rəhbərliyi, "dəmir iradə"si ilə 30 ildən bəri işğal altında qalan torpaqlarımızda yenidən quruculuq işləri başladı. Bu quruculuq işlərinin içində infrastruktur layihələri, yolların çəkilməsi, işıq, su, qaz xətlərinin bərpa edilməsi, eyni zamanda bu ərazilərdə vətəndaşlarımızın ata-baba yurdlarına yenidən ən yüksək standartlarda yaşaya bilməsi üçün tələb olunan bütün fəaliyyətlər həyata keçirilməyə başlandı. Məktəb, xəstəxana, otel, inzibati idarələrin binalarının, ən əhəmiyyətli yaşayış binalarının, kommunikasiya xətlərinin, hava limanının tikintisi və sair nəhəng layihələrin icrasına başlanıldı. Bu layihələr bu gün də davam edir.

 

30 ildən artıq öz doğma torpaqlarına həsrət qalmış insanlarımız doğma evlərində, dövlətimizin onlar üçün yaratdığı şəraitdən faydalanaraq yaşamaqdadırlar. Proses yenə də davam edir. Daha da sürətli şəkildə önümüzdəki zamanlarda da davam edəcəkdir. Bu günə qədər arxivə qovuşmuş olan qaçqın, köçkün adını üzərindən, dövlətin iradəsi ilə, ordumuzun şücaəti, xalqımızın həmrəyliyi ilə atmış olan vətəndaşlarımız dədə-baba yurdlarında bundan sonra yaşaya biləcəklər. Bu, bir daha Azərbaycan dövlətinin gücünü, qüdrətini və nüfuzunu ortaya qoyur. Bu prosesimizə, Azərbaycanın inkişafına mane olmaq istəyənlər yenə də arzularına çatmayacaqlar. Mənfur ermənilər birmənalı olaraq bu torpaqlarda bundan sonra hər hansı layihələrini, məkrli niyyətlərini həyata keçirə bilməyəcəklər. Qarabağımız əzəli sakinlərinin, azərbaycanlılarındır. Bundan sonra da Qarabağımız çiçəklənəcək, inkişaf edəcək və vətəndaşımız öz dədə-baba yurdunda yaşamağa davam edəcəkdir".


Müəllif: Söylü Ağazadə
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top