Qırğızıstanda dövlət qulluqçularına siyasi partiyalara və QHT-lərə üzv olmaq qadağan edilib

DÜNYA 02.04.2024 2880
Qırğızıstan Prezidenti Sadır Japarov “Siyasi dövlət vəzifələri, xüsusi dövlət vəzifələri və siyasi bələdiyyə vəzifələri haqqında” sənəd imzalayıb.

Saat24.az” Qırğızıstan KİV-lərə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sənəddə qeyd edilib ki, dövlət qulluqçusu fəaliyyəti siyasi rəhbərliyin qəbul etdiyi qərarlara və həyata keçirilən siyasətə uyğun gəlmədikdə tutduğu vəzifədən azad edilə bilər.

Bundan başqa, sənədə əsasən, dövlət qulluğu işçilərinin Qırğızıstan ərazisində fəaliyyət göstərən siyasi partiyaların, qəyyumlar və ya müşahidə şuralarının rəhbər orqanlarının, digər qeyri-kommersiya qeyri-hökumət təşkilatlarının (QHT), xarici qeyri-kommersiya qeyri-hökumət təşkilatlarının üzvü olması da qadağandır.

XƏBƏR LENTİ
20.04.2024 2028

DİGƏR XƏBƏRLƏR

Loading
Top