![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/3/12/1/a1d77a38-74b5-4baf-9b97-a65d3bf61be4/0839d53c-06a0-3de7-b789-e121d85d2f70_850.jpg)
Son 10 ilin Yel çərşənbəsində ən yüksək temperatur göstəricisi 2019-cu ildə qeydə alınıb.
"Saat24.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə Bakıda və Abşeron yarımadasında 19, bəzi bölgələrdə 23, dağlıq ərazilərdə 14 dərəcə isti olub.
"2014-cü ilin Yel çərşənbəsində isə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 16 dərəcə isti, 2015-2016-cı illərdə 13 dərəcə isti, 2017-ci ildə 12 dərəcə isti, 2018-ci ildə 5 dərəcə isti, 2019-cu ildə 19 dərəcə isti, 2020-ci ildə 15 dərəcə isti, 2021-ci ildə 7 dərəcə isti, 2022-ci ildə 13 dərəcə isti, 2023-cü ildə 8 dərəcə isti olub. Bu gün isə 9 dərəcəyədək isti müşahidə olunur", - deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, bu gün Azərbaycanda Novruzun üçüncü - Yel çərşənbəsi qeyd edilir.