Abşeronda qanunsuz tikililər sökülüb

Sadə xəbər
CƏMİYYƏT 07.03.2024 2671

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Abşeronda qanunsuz tikililəri söküb.

Bu barədə "Saat24.az"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhəri və Mehdiabad qəsəbəsi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top