Sadə xəbər
Ukraynaya qoşun göndərmək siqnalı verərək gündəmi yaradan Fransa prezidenti Emmanuel Makron geri addım atıb.
"Saat24.az" xəbər verir ki, buna səbəb Rusiya lideri Vladimir Putinin nüvə silahı ilə bağlı bəyanatı olub. Bundan sonra Makron mətbuata çıxışında Fransanın Ukraynaya hərbi personal göndərməyi düşünmədiyini bildirib.
Qeyd edək ki, Putinin “NATO ölkələri Ukraynaya qoşun yeridərsə, mən nüvə silahından istifadə edəcəm” çıxışından 24 saat keçməmiş Rusiya nüvə hücumu qabiliyyətinə malik qitələrarası ballistik “Yars” raketini sınaqdan keçirmişdi.