Sadə xəbər
Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə görüntüləri araşdırıb.
Qurumdan Saat24.Az-a bildirilib ki, araşdırmanın nəticəsinə əsasən, əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə məktəbin direktoru Qazıyev Azər Arif oğlu işdən azad edilib.
Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov əmr imzalayıb.
“Belə halların qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalara başlanılıb”, - məlumatda deyilir.