Yük gəmisinin vurduğu körpü çökdü

DÜNYA 22.02.2024 2673

Çinin Quanqcjou şəhərində İnci çayı üzərindəki Lişinşa körpüsünün orta hissəsi yük gəmisinin daşıyıcı sütunlara çırpılması nəticəsində uçub. 

“Saat24.az” xəbər verir ki, bu barədə Çinin dövlət mediası məlumat verib. Qeyd olunub ki, gəmi Quançjou şəhəri yaxınlığındakı İnci çayı deltasında körpüyə çırpılıb. Zərbənin təsirindən körpünün bir hissəsi dağılıb, avtomobillər suya düşüb, nəticədə  2 nəfər həyatını itirib.

Hadisədən sonra gəminin kapitanı saxlanılıb. Araşdırmaların hələ də davam etdiyi bildirilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top