![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/2/22/1/cb5e72cb-bbe6-44fe-94ab-845e35f105a8/17085814921695444768_9684575thumb.jpg)
ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan Braziliyada ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.
"Saat24.az" xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
G-20 xarici işlər nazirlərinin Rio-de-Janeyro görüşü çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh danışıqları da müzakirə olunub.
Qəzza zolağında tam atəşkəsin təmin edilməsi üçün atılacaq addımlar, eləcə də Ukraynadakı müharibə, NATO-nun genişlənmə prosesi müzakirə mövzusu olub.