İlham Əliyev Çin liderinə məktub göndərdi

Manşet
SİYASƏT 10.02.2024 2361

Prezident İlham Əliyev Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinə qarşıdan gələn Bahar bayramı münasibətilə məktub ünvanlayıb.

"Saat24.az" xəbər verir ki, dost Çin xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlətimizin başçısının məktubunda qeyd edilib: “Ay təqvimi ilə Yeni ilin gəlişini tərənnüm edən və təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsi olan qədim Çuntsze bayramı özünün tükənməz yeniləşdirici ruhu ilə səmimiyyət, xeyirxahlıq, başqalarına qayğı kimi duyğuları gücləndirir. Zəngin milli-mənəvi ənənələri yaşadan xalqınıza bu bayramın xoşbəxtlik, firavanlıq və yeni-yeni uğurlar bəxş etməsini diləyirəm”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top