Putin ilk dəfə Zelenski ilə şəxsi söhbətindən danışdı

DÜNYA 09.02.2024 2937

Rusiya prezidenti Vladimir Putin ilk dəfə Ukrayna rəhbəri Volodimir Zelenski ilə şəxsi söhbətindən danışıb.

"Saat24.az" xəbər verir ki, Rusiya lideri bu barədə amerikalı jurnalist Taker Karlsonla söhbətində bildirib.

Putin qeyd edib ki, danışıqlar zamanı o, siyasətçidən nə üçün neonasistləri dəstəklədiyini soruşub: "Dedim ki, Volodya, nə edirsən? Nə üçün bu gün Ukraynada neonasistləri dəstəkləyirsiniz, halbuki babanız faşizmlə vuruşub. O, cəbhə xəttində əsgər idi". 

Rusiya lideri Zelenskinin cavabını yanlış hesab etdiyi üçün onu səsləndirməkdən imtina edib.

Onun sözlərinə görə, Zelenski hakimiyyətə gələrək iki şeyi dərk edib. Birincisi, neonasistlər və millətçilər aqressivdirlər və ona görə də onlarla mübahisə etməmək daha yaxşıdır. İkincisi, ABŞ başda olmaqla Qərb dövlətləri Rusiya Federasiyasına qarşı çıxan hər kəsi dəstəkləyəcəklər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top