Amerikalı əsgərlər Rza Zərrabı axtarır

DÜNYA 03.02.2024 2937

ABŞ-də həbs edilən və etirafçı olduqdan sonra sərbəst buraxılan cənubi azərbaycanlı iş adamı Rza Zərrab yenidən ABŞ mətbuatının gündəminə çevrilib. 

"Saat24.az" xəbər verir ki, Amerika əsgərləri və ailələri Suriya və Əfqanıstandakı hücumlar zamanı itki verdiklərini əsas gətirərək "Halkbank"a və Zərraba qarşı təzminat davası açıblar. 

Ümumilikdə 151 nəfər məhkəməyə müraciət edib. 

İddianamədə Zərrab və "Halkbank"ın terrorçuların hücumlarına yardım etmək və hücumlarla bağlı sui-qəsddə iştiraka görə məsuliyyət daşımaları tələb edilib.

Lakin iddiaçıların vəkilləri  Zərrabın yaşadığı yeri müəyyən edə bilmədiklərini, qaldığı evi satdığı üçün onunla əlaqə yarada bilmədiklərini deyiblər. Üstəlik, vəkillər

Zərrabın müxtəlif ləqəblərdən istifadə edərək şəxsiyyətini gizlədiyini bildiriblər. Zərrabın yerini müəyyən etmək üçün detektivlər tutulması da bir nəticə verməyib. 

Qeyd edək ki, Rza Zərrab türkiyəli müğənni Ebru Gündeşin keçmiş həyat yoldaşı olub. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top