Avtomobillərin utilizasiya haqqı təsdiqləndi

CƏMİYYƏT 31.01.2024 2370

Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi təsdiqlənib.

"Saat24.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

“Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği” 2024-cü il fevralın 1-dən, “Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi” 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli Qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün utilizasiya haqları isə 2024-cü il fevralın 1-dən 2 (iki) il müddətinə 50 (əlli) faiz həcmdə tətbiq ediləcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top