"İrəvan sazişin icrası ilə bağlı Ankaranın cavabını gözləyir" - Ermənistan XİN

Sadə xəbər
CƏMİYYƏT 30.01.2024 2381

Türkiyə Ermənistan-Azərbaycan nizamlanması prosesində daha konstruktiv rol oynaya bilər. 

"Saat24.az" xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib. 

O, Türkiyə parlamentinin Müdafiə Komitəsinin sədri Hulusi Akarın Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi ilə bağlı açıqlamasını belə şərh edib: "Ermənistan-Türkiyə nizamlama prosesi çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi, xüsusilə üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədlərin açılması həm Ermənistan-Türkiyə münasibətlərinə, həm də Ermənistan-Azərbaycan nizamlanması prosesinə müsbət təsir göstərəcək". 

Nazir müavini qeyd edib ki, rəsmi İrəvan sazişin icrası ilə bağlı Ankaranın cavabını gözləyir: "Bilirsiniz ki, Ermənistan tərəfində bütün infrastrukturlar artıq hazırdır". 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top