Laçına növbəti köç karvanı yola düşdü

Manşet
CƏMİYYƏT 30.01.2024 3023

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 30-da Bakı şəhərinin Qaradağ rayonundan Laçın şəhərinə yola salınıb.

"Saat24.az" xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 72 nəfər köçürülüb.

Doğma yurda qayıdan Laçın sakinləri torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 431 ailənin, yəni 1627 nəfərin daimi məskunlaşması təmin edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top