"İlham Əliyev müdrik siyasətçidir" - Leonid Kalaşnikov

Manşet
SİYASƏT 27.01.2024 2695

"Bu gün təzyiq edənlərin hamısı nə Azərbaycanın, nə də Ermənistanın heç vaxt dostu olmayıb və olmayacaq". 

"Saat24.az" xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov deyib. 

Dövlət Dumasının deputatının sözlərinə görə, Qərb üçün prinsipcə dost deyə bir şey yoxdur: "Onlar sadəcə tapşırıqları yerinə yetirirlər. Düşünürəm ki, indi Azərbaycana təzyiqləri artırmaq siqnalı gəlib.

Prezident İlham Əliyev hər şeyi mükəmməl görür, bütün bunların niyə edildiyini bilir. Bu yaxınlarda onun Qərbdə ikili yanaşmadan, ikili əxlaqdan danışdığı müsahibəsinə baxdım. O, bütün bunları mükəmməl başa düşür və Azərbaycana təzyiq göstərmək, manipulyasiya etmək, onu Qərb oyunlarına sürükləmək cəhdlərinin qarşısını alır. Azərbaycan niyə ona qarşı bu cür təzyiq cəhdlərinə daha açıq cavab verməyə başladı? Çünki Azərbaycanın statusu son vaxtlar artıb və o, təzyiq edənləri öz yerinə oturtmağa hesablanmış addımlarla cavab verə bilir".

Leonid Kalaşnikov həmçinin bildirib ki, Azərbaycanla Ermənistan məsələlərlə bağlı özləri razılığa gəlməlidirlər: "ATƏT-in Minsk Qrupu 30 ildə heç bir qərar verməyib. O, prosesi yavaşlatdı. Rusiya, Azərbaycan və Ermənistan bu sahədə nəticə göstərən kimi Qərb dərhal əl yelləməyə başladı. Yenə də tarazlığı saxlamaq yox, region ölkələri arasında sabitliyin pozulmasına, qıcıqlanmasına səbəb oldular. 

Qərbdə deyirdilər ki, biz hər şeyi həll edəcəyik. Bakı bundan imtina edərək "özümüz razılaşarıq" deyəndə, düşmənə çevrildi. Bakı bu şəkildə cavab verməklə doğru olanı edir. İlham Əliyev müdrik siyasətçidir".

XƏBƏR LENTİ
07.10.2024 2032

DİGƏR XƏBƏRLƏR

Loading
Top