"Kristal Abşeron"dan 1 milyonluq məhkəmə iddiası ilə bağlı AÇIQLAMA

Sadə xəbər
CƏMİYYƏT 17.01.2024 1206

“Kristal Abşeron”un “Sumqayıt 10-cu mikrorayon” layihəsində baş verən hadisə ilə ünvanladığımız sorğuya şirkət tərəfindən cavab verilib.

Saat24,az həmin cavablandırma mətnini təqdim edir:

"Bildirmək istəyirik ki, məlum videonun sosial şəbəkələrdə yayımlanmasından sonra məsələni birbaşa nəzarətə götürdük və araşdırmaya başladıq, lakin mənzil sahibi və bir sıra şəxslər səbəbin araşdırılmasına maneələr yaradaraq müxtəlif yollarla tərəfimizə zərər vurmağa çalışdılar. Şirkətimiz sosial şəbəkələrdə “VR Project” adı ilə fəaliyyət göstərən şirkəti və həmin şirkətin rəhbəri Vəliyev M. S. tərəfimizin işgüzar nüfuzuna dəymiş zərərin ödənməsi üçün 1 milyon manat təzminat tələb edərək məhkəməyə verdi. Nəzərinizə çatdırmaq istərdik ki, tələb edilən təzminat ictimai və sosial məqsədlər üçün yaradılmış yardım fondlarından birinə bağışlanacaq.

Sonda demək istəyirik ki, “Kristal Abşeron” olaraq hər zaman təmir-tikinti keyfiyyətimizi daha da yaxşılaşdırmaq yolunda ciddi və davamlı addımlar atırıq. İnşaat sektorunda daim tətbiq etdiyimiz innovativ həllərlə sakinlərimizin istəklərini təmin edərək onların xəyal etdiyi mənzildə yaşaması üçün çalışmışıq. Tikinti keyfiyyəti və dayanıqlılığının təmin olunması üçün gördüyümüz işlərlə tikintisi davam edən layihələrimizə yaxınlaşaraq tanış ola bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirik!"

XƏBƏR LENTİ
11.10.2024 3678

DİGƏR XƏBƏRLƏR

Loading
Top