Sabah hava necə olacaq?

CƏMİYYƏT 15.01.2024 2052

Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Saat24.az"a bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top