Hacıbala Abutalıbovun oğlu İstanbulda tarixi binaya qanunsuz müdaxilə edib - FOTOFAKT

CƏMİYYƏT 11.01.2024 3108

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov İstanbulda tarixi binaya qanunsuz müdaxilə edib və  orada bərpa işləri aparıb. 

"Saat24.az"   "unikal"a istinadən  xəbər verir ki, bu barədə Türkiyənin "Bir gün" qəzeti məlumat yayıb. 

Bildirilir ki, vətəndaşlıq aldıqdan sonra Türkiyədə hotellər alaraq tikinti fəaliyyətinə başlayan İsrafil Abutalıbov İstanbulun Fatih səmtində də bir çox mülklər alıb. 

2017-ci ildə Küçükayasofya məhəlləsində qorunan ərazidə yerləşən və biri qismən Vəqf mülkiyyəti olan iki sənədli bina alan Abutalıbovun bərpa işləri çərçivəsində binalara qanunsuz hissə əlavə etdiyi iddia olunub. Məsələ ilə bağlı şikayət edilsə də, binada inşaat işləri davam etdirilib.

İstanbul Böyükşəhər Bələdiyyəsinə, Fatih Bələdiyyəsinə, Ekologiya və Şəhərsalma Nazirliyinə və Vəqflər Ümumi Müdirliyinə edilən şikayətlərdən sonra binada lazımi yoxlamalar aparılıb və qanunsuz əlavələrin olduğu müəyyən edilib. Lakin heç bir söküntü aparılmayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top