Qriqoryanın ofisi komissiyaların iclası barədə məlumat yaydı

SİYASƏT 11.01.2024 2970

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların iclası keçiriləcək. 

"Saat24.az" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi məlumat yayıb. 

"İlkin razılaşma var, amma konkret tarixlər hələ dəqiqləşdirilməyib. Gün və yerlə bağlı hələ də dəqiq razılaşma yoxdur", - məlumatda deyilir. 

Qeyd edək ki, bu, komissiyaların sayca 6-cı iclası olacaq. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top