Məhkumlar üçün növbəti aşpazlıq kursu təşkil olundu

Sadə xəbər
CƏMİYYƏT 08.01.2024 2962

Azadlığa çıxdıqdan sonra cəmiyyətə inteqrasiyanın asanlaşdırılması, sosial reabilitasiyanın və ictimai faydalı əməyin aşılanması, keyfiyyətli ərzaq məhsullarından istifadə edilərək yemək hazırlanması məqsədilə məhkum və həbs edilmiş şəxslərin müxtəlif peşə sahələri üzrə kurslara cəlb edilməsi diqqət mərkəzindədir.

"Saat24.az" xəbər verir ki, bu istiqamətdə Ədliyyə Nazirliyi Penitensiar xidməti, Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi tərəfindən başlanılmış təlim kursları uğurla davam etdirilir.

12 avqust 2023-cü il tarixdə təqdimatı keçirilmiş layihə üzrə növbəti aşpazlıq kursları 23-30 dekabr 2023-cü il tarixlərdə Penitensiar xidmətin Müalicə müəssisəsində təşkil olunub.

Kursu uğurla başa vurmuş məhkumlara sertifikatlar təqdim olunub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top