Türkiyədə "Kafes-29" əməliyyatı: Saxlanılanlar var

DÜNYA 05.01.2024 2193

Türkiyədə mərkəzi İstanbul olmaqla 7 vilayətdə keçirilən "Kafes-29" əməliyyatı nəticəsində 61 nəfər saxlanılıb.

"Saat24.az" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Məlumata görə, mütəşəkkil cinayətkar qruplaşmalara qarşı təşkil olunan əməliyyat nəticəsində Volkan Reçber və Əmrah Sever adlı şəxslər tərəfindən idarə olunan 2 regional cinayətkar qruplaşma məhv edilib.

İstanbulda keçirilən əməliyyatlar zamanı sözügedən qruplaşmaların törətdiyi cinayətlərlə bağlı müxtəlif təfərrüatlar üzə çıxıb. Belə ki, iki cinayətkar qruplaşma arasında silahlı qarşıdurmalar, qətllər, təhdidlər və hücumların ictimai asayiş və sülh üçün təhlükə törətdiyi müəyyən edilib.

Bundan başqa, qruplaşmaların narkotik vasitələrin ticarəti, qanunsuz silah gəzdirmə, hədə-qorxu ilə pul tələb etmə, iş və yaşayış yerlərinə hücum etmə kimi bir sıra cinayətlər törətdiyi məlum olub.

Türkiyə Polis Baş İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və digər təhlükəsizlik qurumları tərəfindən keçirilən əməliyyatda 28 ədəd tapança, 6 ədəd "AK-47" Kalaşnikov avtomatı, 1 UTAS uzun lüləli avtomat və 1 ədəd "bronjilet" ələ keçirilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top