Demokratik Birlik Partiyasının (DBP) bayram təbriki

CƏMİYYƏT 31.12.2023 3040
Əziz həmvətənlərimiz, soydaşlarımız! Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-birilərilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.

Milli Həmrəylik bayramı son illərdə dünyanın müxtəlif ölkələrində məskunlaşmış milyonlarla azərbaycanlıların milli- mənəvi dəyərlərin və özünüdərkin inkişafına təkan verməsi ilə yanaşı, həm də, bir- birimizlə əlaqələr qurmaq, birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpası tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbələr xalqımızın həmrəyliyinin, birliyinin təcəssümü və ən bariz nümunəsidir. Xarici ölkələrdə yaşayan azərbaycanlılar yaşadıqları ölkələrdə haqq səsimizi qətiyyətlə ucaltdılar, ədaləti müdafiə etdilər.

Bu tarixi qələbəni bizlərə yaşadan, əgər bir tərəfdən Cənab Prezident, Ali Baş Komandan oldusa, digər tərəfdən xalqımızın həmrəyliyi, onun monolit birliyi oldu. Bu gün böyük məmnunluqla qeyd etmək istərdim ki, Cənab Prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin 140 illik yubileyi münasibətilə verdiyi Sərəncam ölkəmizdə yeni dəyərlərə üstünlük verilməsinin, yeni bir eranın, ümumilli birliyin yaranmasının mesajıdır. Bu çox gözəldir. Hesab edirəm ki, bu, zamanın, dövrün tələbidir.

Əziz həmvətənlərimiz və əziz soydaşlarımız! Sizi bir daha Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Hər bir ailəyə cansağlığı, xoşbəxtlik, bol- bol ruzi bərəkət, sülh, sevinc və möhtəşəm uğurlar arzulayıram.
Həmrəyliyimiz və birliyimiz daimi olsun!
Mirfazil HƏMİD, Demokratik Birlik Partiyasının sədri.
Bakı şəhəri: 30.12.2023-cü il.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top