Zərdab və Ucar rayonları üzrə seçicilərin daha çox müraciət etdikləri mövzulardan danışılıb-Foto

Sadə xəbər
SİYASƏT 30.12.2023 2261
Milli Məclisin deputatı, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva dekabr ayının 28-də Elm və Təhsil Nazirliyinin STEAM İnnovasiya Mərkəzində Nazirliyin Aparat Rəhbəri Mətin Kərimli və Agentlik yetkililəriylə  Milli Məclis deputatlarının görüşündə iştirak edib. Görüşə vətəndaş müraciətləriylə bağlı olaraq Elm və Təhsil Nazirliyinə daha sıx müraciət edən deputatların bir qrupu dəvət edilib. Görüşdə çıxış edən millət vəkili Jalə Əliyeva Elm və Təhsil Nazirliyinin bu təşəbbüsünün təqdiredici olduğunu, görüşün  vətəndaş müraciətlərinin daha operativ vı effektli şəkildə həllində təkanverici olacağına ümidini ifadə edib. Jalə Əliyeva, eyni zamanda bu sahədə mövcud olan problemləri və boşluqları görüş iştirakçılarının diqqətinə çatdırıb,  təmsil etdiyi Zərdab və Ucar rayonları üzrə seçicilərin daha çox müraciət etdikləri mövzulardan danışıb, rəy və təkliflərini bildirib, aparat rəhbərliyinə suallarını ünvanlayıb. Aparat rəhbəri və agentlik müdirləri deputatın səsləndirdiyi fikir və mülahizələrin nəzərə alınacağını bildiriblər, suallarını cavablandırıblar.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top