Bu üç ölkədə xərçəngə tutulma riski yüksəkdir

GÜNDƏM 29.12.2023 2851

Mütəxəssislər Çin, Hindistan və İndoneziyanın kömür hasilatının rekord həddə çatması barədə xəbərdarlıq ediblər.

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi hesabat hazırlayıb.

Bildirilir ki, dünya kömür istehsalının yüzdə 70-dən çoxu Çin, Hindistan və İndoneziyada həyata keçirilir. Hesabata görə, qlobal kömür tələbinin 2024-2025-ci illərdə pik həddə çatacağı gözlənilir.

Çində kömür istehlakının 5 faiz, Hindistanda isə 8 faiz artdığı və 2026-cı ilə qədər qlobal kömür istehlakının 8 milyard tondan çox olacağı hesabatda qeyd olunub. Bu rəqəmlər qlobal havanın çirklənməsi, rekord karbon dioksid (CO2) emissiyası və xərçəng xəstəliklərində partlayış deməkdir.

Mütəxəssislər dünyada hər il təxminən 2 milyon insana ağciyər xərçəngi diaqnozu qoyulduğuna, təxminən 1,8 milyon insanın bu xəstəlikdən öldüyünü bildiriblər. Onlar havanın çirklənməsinin ən böyük ölüm səbəblərindən birinin kömür hasilatı olduğunu bir daha vurğulayıblar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top