Məşhur aktyoru öldürmək istədilər

Sadə xəbər
Mədəniyyət 23.12.2023 1802

Amerikalı aktyor Çarli Şinin qonşusu onu boğmağa çalışıb.

"Saat24.az" xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Hadisə aktyorun evində olub. 47 yaşlı qadın Çarlinin qapısını döyüb və aktyor qapını açan kimi ona hücum edərək döyməyə və daha sonra boğmağa başlayıb.

Şin qadın evinə qayıtdıqdan sonra polisə müraciət edib. Hadisə yerinə təcili yardım da gəlib, lakin aktyor xəstəxanaya yerləşdirilməyib. Aktyor qonşunun niyə belə aqressiv davranması barədə heç bir fikri olmadığını söyləyib.

Çarli polisə açıqlamasında bildirib ki, bu yaxınlarda qonşusu onun maşınına naməlum yapışqan maye səpib və evinin qapısının önünə zibil qoyub.

Silahlı hücum və quldurluqda ittiham olunan qadın həbs olunub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top