Zaqatala qəzetinin 100 illiyi geniş şəkildə qeyd olundu -Foto

Sadə xəbər
CƏMİYYƏT 22.12.2023 1888
Dekabrın 19-da
“Zaqatala” qəzetinin Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən 💯 illik yubiley tədbirində iştirak etdim və bu iştirakımdan qürur duydum.
"Zaqatala"nın bölgə mətbuatı srasında öz üslubu, öz siması və öz dəst-xəti ilə seçilən qəzet olduğunu tələbəlik illərindən bilrdim. Və Jurnalistika fakültəsində tələbə yoldaşlarım olmuş “Zaqatala” qəzetinin redaktoru İbrahim bəyin və müavini Elmira xanımın məni qəzetin 💯 illik yubiley tədbirinə dəvət etmələrindən, o tədbirlərin iştirakçısı olmağımdan qürur duydum. 
1923-cü ildə “Zaqatala kəntçisi” adı ilə fəaliyyətə başlayan bu qəzetin o zamanlar Azərbaycanda ana dilində nəşr olunan 23 qəzetdən biri olması doğrudan da sevindirici faktdır.
Yubiley tədbirində rayon rəhbərliyi, qəzetin əməkdaşları, media nümayəndələri, ziyalılar iştirak edirdilər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısındakı abidəsi önünə gül-çiçək dəstələri düzdük, xatirəsini ehtiramla yad etdik,
Mərkəzin foyesində “Zaqatala” qəzetinin 💯 illik fəaliyyətini əks etdirən sərgiyə baxdıq.
Dövlət Himni səsləndirildi, ulu öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
“Zaqatala” qəzetinin redaktoru, Əməkdar mədəniyyət işçisi İbrahim İbrahimov “Bir əsrlik salnaməçilik yolu” mövzusunda məruzə ilə çıxış etdi. Dedi ki, qəzet müxtəlif illərdə fərqli adlarla dərc olunsa da, 1991-ci ilin sonundan “Zaqatala” adı ilə fəaliyyət göstərib, 100 ildə 4 dəfə əlifba, 3 dəfə çap texnologiyasını dəyişib.
Qəzetimizin 100 yaşa çatması çox böyük hadisədir. Bu, qəzeti yüz yaşa çatdıran yaradıcı insanların, həm də sadiq oxucuların xidmətidir.
Yubiley tədbirində “Xalq qəzeti”nin bölgə müxbiri İlqar Həsənov, Qax rayonunda çıxan “Şəlalə” qəzetinin redaktoru Xavər Əfəndiyeva, Zərdabda nəşr olunan “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov, pedaqogika üzrə fəlsəfə doktoru, qəzetin fəal yazarlarından olan Həşim İsmayılov çıxış edərək, qəzetin əməkdaşlarına yeni-yeni uğurlar arzuladılar.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tədbirdə çıxış edərək qəzetin rayonun ictimai-siyasi və mədəni həyatındakı rolunu xüsusi vurğuladı, əməkdaşların fədakar əməyini yüksək qiymətləndirdi, kollektivi əlamətdar yubiley münasibətilə təbrik etdi.
Kollektivə Zaqatala Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olundu.
"Əkinçi"nın redaktoru İ.Əhmədov tərcümə etdiyi "Həsən bəy Zərdabi: Seçilmiş məqalələri və məktubları" kitabını "Zaqatala" qəzetinin kollektivinə hədiyyə etdi.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Zərdab rayonu ilə bağlı xoş fikirlər bildirdi.
Sonda qonaqların şərəfinə ziyafət təşkil olundu.
Azərbaycanın dilbər guşələrindən olan Zaqataladan və jurnalist dost və həmkarlarımızdan ən xoş təəssüratlarla ayrıldıq.

Əkinci qəzetinin baş redaktoru İsaməddin Əhmədov 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top