Azərbaycan, İran və Rusiyanın 1,6 milyard avroluq layihəsi

Manşet
SİYASƏT 18.12.2023 2958

Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolunun tikintisi yeni ildən başlayacaq.

"Saat24.az" xəbər verir ki, bu barədə İranın yollar və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə bildirib. 

O qeyd edib ki, Rəşt-Astara dəmir yolunun 162 kilometrlik hissəsi hazırda İslam Respublikasının ən mühüm dəmir yolu layihəsidir.

Bu dəmir yolu Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirəcək Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizinin bir hissəsidir. O, həm də Azərbaycan, Rusiya, İran və Hindistanın nəqliyyat kommunikasiyalarını birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizinin bir hissəsidir.

Rusiya mətbuatının məlumatına görə, layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top