"Zelenskinin mövqeyi ukraynalıların məhvinə gətirib çıxarır" - ABŞ rəsmisi

Sadə xəbər
DÜNYA 18.12.2023 1842

"Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya Federasiyası ilə sülh danışıqlarına başlamaq məsələsində barışmazlığı ölkə əhalisini məhv olmaq təhlükəsi ilə üz-üzə qoyur".

"Saat24.az" xəbər verir ki, bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor "X" sosial şəbəkəsində yazıb. 

O qeyd edib ki, Zelenskiyə sülh sazişinin bağlanmasının həmişəkindən daha yaxın olduğu bir vaxtda mübarizəni davam etdirmək üçün milyardlara ehtiyac var.

"Biz bilirik ki, ukraynalılar 500 min, bəlkə də daha çox insan itirmişlər. Birinci Dünya Müharibəsində biz cəmi 116.516 canımızı itirdik. Bu, istənilən ölkəni məhv etmək üçün kifayətdir”, - deyə o, qeyd edib. 

ABŞ hərbi departamentinin keçmiş müşaviri də müraciətində bir daha Ukrayna liderini danışıqlar masasına oturmağa çağırıb.

XƏBƏR LENTİ
11.10.2024 3680

DİGƏR XƏBƏRLƏR

Loading
Top