Vulkan püskürdü, alpinistlər yanaraq öldü - İtkin düşənlər var

Sadə xəbər
DÜNYA 04.12.2023 1315

İndoneziyada Marapi vulkanı püskürüb. 

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində 11 alpinist yanaraq həlak olub, daha 12 nəfər itkin düşüb. Onların axtarışları təhlükəsizlik səbəbi ilə dayandırılıb.

Marapi vulkanı dekabrın 3-də İndoneziyanın Qərbi Sumatra əyalətində püskürüb. Alpinistlərin ümumi sayı 75 nəfər olub. 

Marapi Sumatra adasındakı ən aktiv vulkanlardan biridir. 1979-cu ildə vulkanın püskürməsi zamanı 60 nəfər həlak olub. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top