Böyük Qayıdış konsepsiyası çərçivəsində öz torpaqlarına qayıdan ailələr, ilk növbədə qadın və uşaqlarla bağlı xüsusi proqramın hazırlanmasına və tətbiq edilməsiə ehtiyac var-Jalə Əliyeva

SİYASƏT 05.11.2023 2188
Milli Məclisdə "Qadın və uşaq hüquqlarının qorunması üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar" mövzusunda ictimai dinləmə keçirilmişdir. İctimai dinləmədə çıxış edən Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva çoxsaylı konvensiyalara qoşulan  Azərbaycanda bu sahədə davamlı iş aparıldığını, dövlət və onun qurumları tərəfindən qadın və uşaq hüquqlarının qorunması, onların cəmiyyətin tam bərabərhüquqlu subyektləri olaraq yaşaması, oxuması, fəaliyyət göstərməsi istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü bildirib. O deyib: "Qəbul edilən bütün Qanunlar, bu sahədə atılan bütün addımlar cəmiyyətin daha da bütövləşməsini,  saflaşmasınl və güclənməsini hədəfləyir. Lakin təəssüflər olsun ki, demək olar hər gün qadın və uşaq hüquq pozuntuları, qətllər baş verir! Kimdir bunu edən? Birinci növbədə elə ailənin özü! Bir qadının, bir uşağın hüquqları elə ailənin içərisində, ailənin öz fərdləri tərəfindən pozulur! Nə etməli? Görünən odur ki, bu kimi hal və halların qarşısını almaq və minimuma endirmək üçün daha effektli tədbirlər görməliyik! Problemin yaranmasının səbəbinin kökünə qədər gedilməli və məhz bu səbəblərin aradan qaldırılması üçün Proqramlar hazırlanmalıdır. Yəni belə demək mümkünsə nəticə varsa, onun səbəbi də var. Və həmin səbəbləri yaradan obyektiv və ya subyektiv məsələlər və hallar bir daha nəzərdən keçirilməli, onların həlli yönündə əməli işlər görülməlidir". Daha sonra Böyük Qayıdış konsepsiyası haqqında danışan Jalə Əliyeva bunları bildirib: "Biz Zəfər çalmış bir ölkəyik. Cəmiyyət və dövlət olaraq bu gün şəhid ailələrinə, qazi, müharibə iştirakçılarının ailələrinə, onların övladlarına böyük diqqət göstərilir. 30 il işğal altında qalan, 44 günlük şanlı müharibımizlə azad edilən, 23 saatlıq qətiyyətli tədbirlərlə bütövləşən torpaqlarımız indi yenidən canlanır, bu torpaqlarda böyük quruculuq işləri gedir. Eyni zamanda bu torpaqlardan didərgin düşən vətəndaşlarımız öz ata evlərinə, doğma yurdlarına qayıdırlar. Bundan iki gün öncə də Komitə iclasında səsləndirdiyimiz fikri bir daha burada səsləndirmək istəyirəm.  Böyük Qayıdış konsepsiyası çərçivəsində öz torpaqlarına qayıdan ailələr, ilk növbədə qadın və uşaqlarla bağlı xüsusi proqramın hazırlanmasına və tətbiq edilməsiə ehtiyac var!"
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top